AZ

Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb

Dövlət Statistika Komitəsi "2025-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında" məlumat yayıb.

Qeyd edilib ki, 2025-ci ildə 1252 və ya 2024-cü illə müqayisədə 12,3 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,1 faiz azalaraq 1715 nəfər olmuşdur. Onlardan 689-u həlak olmuş, 1026-sı isə yaralanmışdır. Hadisələrin 44,5 faizi gündüz, 39,4 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş vermiş, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 85,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 13,4 faiz azalaraq 484 nəfər, yaralananların sayı isə 14,0 faiz azalaraq 960 nəfər olmuşdur.

Bütün yol-nəqliyyat hadisələrinin 39,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,3 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 73,3 faizini, yaralananların isə 69,4 faizini kişilər təşkil etmişdir.

 

 

Seçilən
92
1
marja.az

2Mənbələr