AZ

Çempionlar Liqasında pley-off həyəcanı - AFİŞA

Bu gün sürətli və gərgin keçməsi gözlənilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilir. Avropanın ən nüfuzlu klub turnirində növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparan komandalar ilk görüşlərini keçirəcəklər.

Azarbaycan tamaşaçıları üçün diqqət çəkən oyunlardan biri İstanbulda, "Ali Sami Yen" stadionunda baş tutacaq. Türkiyə təmsilçisi "Qalatasaray" İtaliya nəhəngi "Yuventus"u sınağa çəkəcək. Digər maraqlı matçda isə "Real Madrid" Portuqaliyada "Benfika"nın qonağı olacaq.

17 fevral tarixində keçiriləcək oyunlar:

21:45 "Qalatasaray" - "Yuventus"

23:59 "Benfika" - "Real Madrid"

23:59 "Borussiya" (Dortmund) - "Atalanta"

23:59 "Monako" - PSJ

Qeyd edək ki, "Qalatasaray"ın ev oyununun digərlərindən daha tez başlaması yerli vaxt fərqi ilə əlaqədardır. Digər üç qarşılaşma isə gecə yarısı start götürəcək.

Xatırladaq ki, Azərbaycan təmsilçisi "Qarabağ" isə pley-off mərhələsi çərçivəsində sabah, fevralın 18-də Bakıda İngiltərənin "Nyukasl" klubunu qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:45-d ə başlayacaq.

İdman.Biz
Seçilən
21
idman.biz

1Mənbələr