AZ

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilir - FOTO

Bu gün şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, kişilərin yarışında turnirin reytinq favoriti Şəhriyar Məmmədyarov Aydın Süleymanlı ilə, Read Səmədov isə Məhəmməd Muradlı ilə qarşılaşacaq.

Qadınların yarışında isə Ülviyyə Fətəliyeva Gülnar Məmmədova ilə, Türkan Məmmədyarova isə Ayan Allahverdiyeva ilə üz-üzə gələcək.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

İdman.Biz
Seçilən
6
6
idman.biz

7Mənbələr