AZ

“Çelsi” futbolçularının uşaqlara qarşı davranışı narazılıq doğurub

Ötən həftəsonu London təmsilçisi “Çelsi” İngiltərə Kuboku çərçivəsində “Hall Siti” ilə qarşılaşıb və oyundan əvvəl baş verən hadisə ciddi müzakirələr səbəb olub.

İdman.Biz xəbər verir ki, bu barədə İngiltərə mətbuatında silsilə xəbərlər dərc edilib.

Belə ki, oyundan əvvəl “Çelsi”nin futbolçuları meydana çıxarkən dəhlizdən keçiblər və orada onları “Hall Siti”nin uşaq komandasının azyaşlı oyunçuları qarşılayıb. Gözlənti bu idi ki, “Çelsi” futbolçuları onlara heç olmasa minimal diqqət göstərsin, uşaqları salamlasın, onlarla kiçik diqaloq qursunlar. Lakin bu baş verməyib - London klubunun oyunçuları uşaqları sadəcə görməzlikdən gəliblər.

Hadisə İngiltərədə ciddi müzakirələrə səbəb olub. Bir çoxları hesab edir ki, rəhbərlik futbolçuların bu münasibətinə görə üzr istəməlidir. Hətta məhz “Çelsi” azarkeşləri oyunçuların özlərinin də bu diqqətsiz davranışdan utanmalı olduğunu düşünürlər.

İdman.Biz
Məqalədə:
Seçilən
15
1
idman.biz

2Mənbələr