AZ

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: 17 nəfər saxlanılıb

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığıxəbərəgörə, əməliyyat İstanbul Baş Prokurorluğunun qaçaqmalçılıq, narkotik ve iqtisadi cinayətlər istintaq idarəsi tərəfindən həyata keçirilib. Barələrində həbs qərarı çıxarılan şəxslərdən 17-si saxlanılıb. Onların arasında tanınmış müğənnilər Murad Dalkılıç və Kaan Tangözə, aktyor İsmayıl Hacıoğlu da var.

Şübhəli şəxslərə qarşı şəxsi istifadə üçün narkotik və psixotrop maddə satın almaq və saxlamaq ittihamları irəli sürülüb.

Firudin Həmidli
AzVision.az
Seçilən
31
2
azvision.az

3Mənbələr