AZ

Tanınmış kardiocərrah məktəblilərlə görüşəcək

Bakı, 17 fevral, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü fevralın 18-də paytaxtdakı 23 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

İdarədən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı tanınmış ürək-damar cərrahı, Milli Məclisin deputatı Rəşad Mahmudov olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Seçilən
87
1
azertag.az

2Mənbələr