AZ

Əli Məsimli rəqəmsallaşmanın prioritetlərini açıqladı

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin deputatı Əli Məsimli qlobal pandemiyadan sonrakı dövrdə rəqəmsal transformasiyanın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, deputat bildirib ki, qlobal pandemiya bütün dünyaya göstərdi: rəqəmsallaşma artıq seçim deyil, obyektiv zərurətdir:

“Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi və dayanıqlı inkişafın təmin olunması üçün rəqəmsal texnologiyaların tətbiqi əsas şərtə çevrilib. Rəqəmsallaşma iqtisadi artımın həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini yaxşılaşdıran mühüm amildir”.

Əli Məsimli qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi şirkətlərin dünya bazarlarına çıxışını asanlaşdırır, ixrac imkanlarını genişləndirir və biznes mühitinin çevikliyini artırır. Onun sözlərinə görə, elektron hökumət sisteminin inkişafı və biznes proseslərinin optimallaşdırılması dövlət-vətəndaş münasibətlərində şəffaflığı və operativliyi təmin edir:

“Rəqəmsal transformasiya ayrı-ayrı layihələr səviyyəsində deyil, vahid plan və vahid koordinasiya əsasında həyata keçirilməlidir”.

Deputat fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda müşavirənin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dövlət başçısı rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılmasını ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətləri kimi müəyyən edib.

Əli Məsimlinin sözlərinə görə, qarşıda duran əsas vəzifələr bunlardır:

vahid fəaliyyət planının hazırlanması;

dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi;

özəl sektorun rəqəmsallaşmasına dəstək mexanizmlərinin işlənməsi;

kibertəhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsi.

Deputat hesab edir ki, Azərbaycan artıq rəqəmsallaşmanı ayrı-ayrı xırda təşəbbüslər çərçivəsində deyil, sistemli və strateji yanaşma əsasında həyata keçirmək mərhələsinə keçib:

“Vahid idarəetmə modeli əsasında həyata keçirilən rəqəmsal transformasiya ölkəmizin regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsinə real zəmin yaradır”.

Milli Məclisin deputatı Əli Məsimli qlobal pandemiyadan sonrakı dövrdə rəqəmsal transformasiyanın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Deputat bildirib ki, qlobal pandemiya bütün dünyaya göstərdi ki, rəqəmsallaşma artıq seçim deyil, obyektiv zərurətdir:

“Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi və dayanıqlı inkişafın təmin olunması üçün rəqəmsal texnologiyaların tətbiqi əsas şərtə çevrilib. Rəqəmsallaşma iqtisadi artımın həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini yaxşılaşdıran mühüm amildir”.

Əli Məsimli qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi şirkətlərin dünya bazarlarına çıxışını asanlaşdırır, ixrac imkanlarını genişləndirir və biznes mühitinin çevikliyini artırır. Onun sözlərinə görə, elektron hökumət sisteminin inkişafı və biznes proseslərinin optimallaşdırılması dövlət-vətəndaş münasibətlərində şəffaflığı və operativliyi təmin edir:

“Rəqəmsal transformasiya ayrı-ayrı layihələr səviyyəsində deyil, vahid plan və vahid koordinasiya əsasında həyata keçirilməlidir.

Deputat fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda müşavirənin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dövlət başçısı rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılmasını ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətləri kimi müəyyən edib.

Əli Məsimlinin sözlərinə görə, qarşıda duran əsas vəzifələr bunlardır:

vahid fəaliyyət planının hazırlanması;

dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi;

özəl sektorun rəqəmsallaşmasına dəstək mexanizmlərinin işlənməsi;

kibertəhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsi”.

Deputat hesab edir ki, Azərbaycan artıq rəqəmsallaşmanı ayrı-ayrı xırda təşəbbüslər çərçivəsində deyil, sistemli və strateji yanaşma əsasında həyata keçirmək mərhələsinə keçib:

“Vahid idarəetmə modeli əsasında həyata keçirilən rəqəmsal transformasiya ölkəmizin regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsinə real zəmin yaradır”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
icma.az

1Mənbələr