AZ

“Qarabağ”ın oynuna görə metronun iş rejimi dəyişdi

Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl Yunayted” qarşılaşması ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq.

Bu barədə “Yeni Sabah”a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metronu seçən azarkeşlərin oyuna rahat və təhlükəsiz gediş-dönüşünü təmin etmək üçün bütün zəruri tədbirlər görüləcək.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə əməkdaşlar cəlb ediləcək.

Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da nəzarət mexanizmləri artırılacaq.


Telegram kanalımız
Seçilən
108
3
yenisabah.az

8Mənbələr