ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Rusiya, Çin və İran tezliklə Hörmüz boğazında keçiriləcək birgə təlimlərə gəmilər göndəriblər.
"Yeni Sabah" Arqumentı i Faktı-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev danışıb.
O bildirib: "Rusiya, Çin və İranın gəmilərini göndərdiyi Hörmüz boğazında keçirilən "Dəniz Təhlükəsizliyi Kəməri 2026" təlimləri olduqca aktual olduğunu sübut edib".
İran, Rusiya və Çin fevral ayının sonunda Şimali Hind okeanında səkkizinci birgə dəniz təlimi olan "Təhlükəsizlik Kəməri"ni keçirəcəklər.
İran Hərbi Dəniz Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və Çin və Rusiyanın donanmalarından gəmilər iştirak edəcək.
"Təhlükəsizlik Kəməri" dəniz təlimləri 2019-cu ildən bəri İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə keçirilir. Təlimlər qlobal dəniz ticarətinin təhlükəsizliyini gücləndirməyə yönəlib. 3 ölkənin dəniz qüvvələrinin birgə fəaliyyətlərinə piratçılığa qarşı mübarizə, dəniz terrorizminə qarşı mübarizə və xilasetmə əməliyyatlarının aparılması daxildir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.