AZ

BƏƏ nin Azərbaycandakı səfiri: İki ölkə arasında birgə müəssisələrin yaradılması müzakirə olunur

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir. Qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələri hər iki dövlətin milli maraqlarına cavab verir. Əlaqələrin daha da möhkəmlənməsi üçün bu il bir sıra nazirlər müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edəcəklər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.

Onun sözlərinə görə, bu səfərlər çərçivəsində iki dövlət arasında investisiya, iqlim və şəhərsalma sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

“Əgər zərurət yaranarsa, memorandumların imzalanması da planlaşdırıla bilər. Yaxın zamanda BƏƏ və Azərbaycan birgə müəssissələrinin yaradılmasına investisiya qoyuluşu ilə bağlı müzakirələr də aparılacaq. Hər iki tərəf artıq üzərində işləyəcəkləri layihələr barədə aydın təsəvvürə malikdir. Son iki il ərzində müxtəlif sektorlarda əməkdaşlığı təşviq edən 20-dən çox saziş imzalanıb. Artıq qida sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilir”, - deyə Məhəmməd Əl Bluşi əlavə edib.

Səfir vurğulayıb ki, BƏƏ və Azərbaycanın şirkətləri hər iki ölkənin ixrac sahəsində tələbatını qarşılamaq üçün birgə işləmək potensialına malikdir: “Hər iki tərəf arasında logistika məsələləri, o cümlədən, qarşılıqlı və ya birgə müəssisə layihələrinə investisiya qoyuluşu ilə bağlı müzakirə olunmalı müəyyən istiqamətlər var. Bununla bağlı müzakirələr tezliklə baş tutacaq. Yaxın gələcəkdə şirkətlərimiz arasında mühüm əməkdaşlığın olacağını gözləyirəm. BƏƏ və Azərbaycan kimi qardaş, dost ölkələr arasında çox güclü münasibətlər mövcuddur. Bu münasibətləri inkişaf etdirib daha yüksək səviyyəyə çatdırmaq və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrini artırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
2
azertag.az

3Mənbələr