AZ

Yasamaldəki yanğında xəsarət alan var - RƏSMİ

Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alan var.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilir ki, bu gün saat 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

"Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub", məlumatda qeyd olunub.

Seçilən
91
3
day.az

6Mənbələr