AZ

2.6 milyon qazanan şirkətin keçmişi və bu günü

2016-cı ildə Azərbaycanda Qurbanov Əvəz İsmayıl oğlu adlı şəxs “Parlaq Məkan” MMC adlı, 1004445421 dövlət qeydiyyat nişanlı şirkət yaradır. Nizamnamə kapitalı 10 manat olan bu şirkət təsisçi olsa da, şirkətin əsas sahibi Azər adlı şəxsdir. Onun şirkəti Azərbaycanda kifayət qədər yüksək hesab edilən tenderlərin qalibi olur. Məsələn, 2020 və 2022-ci illərdə təmizlik tenderlərindən ən çox pul qazanan 3-cü şirkət “Parlak Məkan” MMC olub. Əsasən “ASAN Xidmət” və onun tabeliyindəki qurumlarla işləyən şirkət 3 ildə bu qurumlardan 8 tenderlə 1,4 milyon manata yaxın təmizlik işləri sifarişi alıb. Daha sonra “ASAN xidmət” mərkəzlərində təmizlik üçün yaradılan 926 min manatlıq tenderi də “Parlaq Məkan” MMC qazanır.

Kommersant.az xəbər verir ki, 2023-cü ildə sözügedən şirkət məcburi auditdən yayınır. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Binəqədi rayon məhkəməsində hakim Fərid Əmrəliyevin icraatına verilir. Maddədə deyilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Yəni, şirkət auditdən yayınaraq ən çox halda 2.500 manatlıq cəriməni ödəməyi daha məqbul hesab edir. Eyni ildə şirkətin adı “Təmizliyin İncisi” MMC, rəhbəri isə Hümbətov Eldar Tahir oğlu elan olunur.

Qeyd edək ki, şirkətin təsisçisi olan Əvəz Qurbanovun oğlu Əli Qurbanov 2018-ci ildən "Elektron Hökumətin Inkişafi Mərkəzi" ndə (EHİM) təmizlikçilərin rəhbəri vəzifəsində işləyib.

Növbəti illərdə təkrarlanan tenderlərdə qalib elan edilən şirkət 2025-ci ildə “ASAN xidmət” mərkəzlərinin təmizlənməsi üçün 840 min manat qazanır. Ötən həftə isə eyni dövlət qurumunun təmizlənməsini “Təmizliyin İncisi” şirkəti tərəfindən aparıldığı elan edilir. Təmizləmə üçün tendere qatılan şirkət bu xidmətə görə 2.6 milyon manat əldə edib.

Qeyd edək ki, şirkətin əsas sahibi Azər bəy prezidentin köməkçisi Fuad Ələsgərovun qohumudur. Onların hər ikisi də yerazdır və eyni kənddəndir.

Seçilən
106
kommersant.az

1Mənbələr