Bakı.Trend:
Evdə yatmışdım, yuxudan tüstü qoxusuna oyandım. Dərhalpəncərələri açdım, bundan sonra alov genişləndi.
Trend-inməlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında yanğınbaş verən mənzilin sahibi Sona Cavanşirova deyib.
O bildirib ki, yanğın baş verən kimi FHN-ə məlumat verib.
“Evdə qardaşımla ikimiz qalırıq. Evimiz 3 otaqdan ibarətdir vətam yanıb”.
Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsindəyerləşən yaşayış binası yanır. Yanğının söndürülməsi işləri davametdirilir. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.