ABŞ-də Epşteynin Nyu-Meksikodakı rançosunda törədilən cinayətlərlə bağlı araşdırma başlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
ABŞ-da hüquq-mühafizə orqanları qalmaqallı milyarder Ceffri Epşteynin Nyu-Meksiko ştatında yerləşən “Zorro” rançosunda törədilmiş cinayətlərin araşdırılmasına başlayıblar.
“Zorro” rançosunun adı ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteyn işi ilə bağlı dərc edilmiş sənədlərdə dəfələrlə qeyd olunub.
Cinayətlərin bəzi qurbanları ifadələrində məhz bu rançonun ərazisində zorakılığa və müxtəlif növ istismara məruz qaldıqlarını bildiriblər.
Hazırda müstəntiqlər rançoda baş vermiş hadisələrin təfərrüatlarını və yeni ortaya çıxan cinayət faktlarını araşdırırlar.
Xuraman Etibarlı
İnterpress.az