AZ

FHN-in minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyəti xüsusi robotlarla təchiz edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyəti xüsusi robotlarla təchiz edilib.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə FHN-in azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq üçün təşkil olunan mediaturda bildirilib.

Qeyd olunub ki, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını davam etdirir.

Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən "GCS-200" markalı kənardan idarə edilən müasir minatəmizləyən robotlarla təchiz olunub. Əməkdaşlar bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Bundan əlavə, minatəmizləmə əməliyyatında xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.

Seçilən
35
6
far.az

9Mənbələr