Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş verən yanğın tam söndürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
***
Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
İlkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər təxliyə edib.
Bina taxta konstrukdiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub. Hazırda yanğın məhdudlaşdırılıb.
Əraziyə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub.