AZ

Güclü yanğında xəsarət alan qadın: “Üçotaqlı evim kül oldu”

“Evdə yatmışdım. Yuxudan oyandım ki, ev tüstüdür”.

Bunu Oxu.Az-a açıqlamasında Bakının İslam Səfərli küçəsində yanğın baş verən binadakı mənzilin sahibi Sona Cavanşirova deyib.

O bildirib ki, dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verib:

“Evdə qardaşımla ikimiz qalırıq. Tüstü qəfil oldu, pəncərələri açıb, qonşuları köməyə çağırdım. Tez bir zamanda yanğın genişləndi. Üçotaqlı evim tam yandı. Polis əməkdaşları təxliyə etdilər”.

S.Cavanşirova bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Seçilən
17
1
editor.az

2Mənbələr