AZ

Əraziyə ümumilikdə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub QRUM RƏSMİSİ AÇIQLADI

ain.az, Sia Az saytına istinadən bildirir.

"Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb".

SİA xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər tüstülü zonadan təxliyə edilib: "Bina taxta konstruksiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub. Hazırda yanğın məhdudlaşdırılıb. Əraziyə ümumilikdə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
2
sia.az

3Mənbələr