Vəzifəsini yenicə itirmiş TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovun yaxın dostu kimi tanınan İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov keçmiş rəhbəri haqqında sərt fikirlər səsləndirib.

Sayt yazır ki, Şahin Qurbanov axşamlar tez-tez Bakıya gəlib Vüqar Qurbanovun bahalı restoranlarda qurduğu kef, içki məclislərində iştirakçı olmağı özünə şərəf bilirmiş. Sabiq TƏBİB rəhbəri vəzifəsini itirəndən bir gün ötmüş yaxın dostu onun içki aludəçisi adlandırıb.
Xatırladaq ki, V.Qurbanovun əmri ilə Ş.Quliyev tramplin kimi İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi vəzifəsinə təyin edilmişdir. Onun gələcəkdə Vüqar Qurbanov tərəfindən daha yüksək vəzifəyə gətiriləcəyi planlaşdırılırdı.
TƏBİB-in İcraçı Direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov yerli mətbuata müsahibəsi zamanı TƏBİB-də köklü kadr dəyişiklikləri olacağını istisna etməyib. Hazırki vəzifəsini qorumaq naminə Vüqar Qurbanovu içki aludəçisi adlandıran yaxın dostu İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov da vəzifəsini itirəcəyi gözlənilir.