AZ

Qarabağ ın qolkiperi Nyukasl a qarşı oynamayacaq? İmişli ilə görüşdə buna görə meydana çıxmamışdı

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qarabağ"ın qapıçısı polşalı Mateuş Koxalski zədə səbəbindən Misli Premyer Liqasının 20-ci turunun "İmişli"yə qarşı görüşünü buraxmışdı. 

Sportal.az xəbər verir ki, komandanın həkimləri polşalı futbolçunu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Nyukasl”la görüşdə hazır olması üçün çalışırlar.

Koxalski “İmişli” ilə görüşdən əvvəlki məşqdə bud əzələsindən zədələnib. Onun "Nyukasl"la matçda meydana çıxıb-çıxmayacağı hələ ki sual altındadır. 

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
sportal.az

2Mənbələr