Bakı. Trend:
Cənubi Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku SteelCompany” QSC (BSC) rəqəmsal transformasiya strategiyasıçərçivəsində həyata keçirdiyi SAP S/4HANA layihəsinin tətbiqiniuğurla tamamlayaraq, sistemi “canlı” istifadəyə verib. Layihənəticəsində BSC, eləcə də onun Azərboru və AzFerAl İstehsalatsahələrində bütün kritik iş prosesləri vahid SAP platformasındabirləşdirilib və tam inteqrasiya olunmuş rəqəmsal idarəetməinfrastrukturu formalaşdırılıb.
Yeni sistemin əsas üstünlükləri beynəlxalq standartlarauyğunluq, real vaxt rejimində vahid idarəetmə, şəffaf və izləniləbilən proseslərin tam inteqrasiyası, insan faktorunun minimumaendirilməsi, istehsal və logistika səmərəliliyi, ölçüləbilənperformans, proqnozlaşdırma və təhlil imkanı, gələcəktexnologiyalar üçün hazır infrastrukturdur. “Canlı” istifadəyəkeçidlə birlikdə əməliyyat səmərəliliyi və məlumatların idarəolunmasında ilkin müsbət nəticələr artıq müşahidə olunur.
Layihə çərçivəsində SAP sisteminin tam inteqrasiyaolunan modulları:
- Maliyyə (FI, CO, AA, FM, CM);
- Satınalma və Logistika (MM);
- İstehsal (PP);
- Keyfiyyətin İdarə Olunması (QM);
- Satış (SD);
- Texniki Xidmət Planlaması (PM);
- Sənəd İdarəetməsi (DMS).
Nəticədə qrup şirkətlərinin bütün əməliyyat proseslərivahid rəqəmsal platforma üzərindən idarə edilən sisteməçevrilib.
Bundan əlavə, mal qəbulu, satış, istehsal və inventar sayımıkimi kritik proseslərdə səmərəliliyin artırılması və insanfaktorunun minimuma endirilməsi məqsədilə əl terminalları, tərəziinteqrasiyaları və interaktiv etiket sistemləri SAP ilə inteqrasiyaedilərək istifadəyə verilib. Bu həllər proseslərinavtomatlaşdırılmasını və real vaxt rejimində məlumat axınını təminedir.
Strateji rəqəmsal addım (bütün iş prosesləri vahidplatformada):
BSC-nin Rəqəmsal transformasiya şöbəsinin rəhbəri, SAP S/4HANAlayihəsinin meneceri Qalib Məmmədov qeyd edib:
“SAP S/4HANA sisteminin “canlı” istifadəyə verilməsi BSC-ninrəqəmsal transformasiya yolunda atdığı ən mühüm addımlardanbiridir. Bu layihə ilə əsas iş prosesləri vahid platformadabirləşdirildi, idarəetmə daha şəffaf, çevik və məlumatlar bazasıyönümlü hala gəldi. Növbəti mərhələdə süni zəka və analitikhəllərlə əməliyyat səmərəliliyini daha da artırmağı və qərarverməproseslərini tam rəqəmsal əsas üzərində qurmağıplanlaşdırırıq”.

Layihə, SAP-ın Türkiyədə ilk “qızıl tərəfdaş”ı olan “Nagarro”ilə əməkdaşlıq çərçivəsində, BSC-nin Rəqəmsal transformasiyaşöbəsinin komandası tərəfindən icra olunub. Planlaşdırıldığı kimi,layihə 13 ay ərzində tamamlanıb. Bu müddətdə məlumatlarınstandartlaşdırılması, istifadəçi təlimləri, çoxmərhələli testlər vəpilot tətbiqlər tam şəkildə həyata keçirilib.

SAP S/4HANA ilə beynəlxalq rəqabət gücününartırılması:
BSC-nin Baş direktorunun müavini, SAP S/4HANA layihəsininkuratoru Sultan Əskərov bildirib:
“SAP S/4HANA layihəsi BSC üçün yalnız texnoloji yenilikdeyil, həm də strateji çeviklik və innovativ liderlik istiqamətindəatılmış kritik addımdır. Bu sistem sayəsində əməliyyatlarda tamşəffaflıq, real vaxt rejimində idarəetmə və məlumatlar bazasıyönümlü qərarvermə təmin olunub. Bu transformasiya şirkətimizindayanıqlı böyüməsinə, beynəlxalq rəqabət gücünün artırılmasına vəyeni nəsil sənaye modellərinə adaptasiyasına birbaşa töhfəverir”.
Qeyd edək ki, bu gün “Nagarro Global” şirkətinin İdarə Heyətininüzvü, SAP S/4HANA layihəsinin baş kuratoru Muhammed Yusuf Çetin iləBSC-nin Baş direktorunun müavini, layihənin kuratoru Sultan Əskərovarasında qəbul aktı imzalanıb.

Hər iki şirkətin rəhbər heyətlərinin iştirakı ilə baş tutangörüşdə planlar və perspektivdə görüləcək işlər müzakirə olunub.Növbəti mərhələdə BSC, SAP ekosistemində yeni həllərin tətbiqiniplanlaşdırır. Bunlara “SAP Analytics Cloud”, mobil tətbiqlər, işortaqları ilə rəqəmsal inteqrasiyanın genişləndirilməsi(e-sourcing, e-commerce, bank inteqrasiyaları) və informasiyatəhlükəsizliyinin daha da gücləndirilməsi daxildir. “SAP AnalyticsCloud”un tətbiqi ilə qrup şirkətlərində vahid idarəetmə vəhesabatlılıq strukturu formalaşdırılacaq.

Şirkətin rəqəmsal transformasiya strategiyasının əsasprioritetləri əməliyyatların avtomatlaşdırılması, süni zəka vəanalitik həllərlə məlumatlar bazası yönümlü idarəetməningücləndirilməsi, proqnozlaşdırıcı təhlillərin proseslərəinteqrasiyası və insan səhvlərinin minimuma endirilməsidir.
SAP sistemlərinin dövlətin Data Mərkəzində yerləşdirilməsiölkədə həyata keçirilən rəqəmsal inkişaf siyasətinə uyğun olmaqlayanaşı, şirkətimizin informasiya təhlükəsizliyi və müasir idarəetməprinsiplərinə sadiqliyini əks etdirir. Bu yanaşma əməliyyatproseslərinin daha səmərəli və inteqrasiya olunmuş şəkildə idarəedilməsinə, eləcə də gələcək texnoloji yeniliklər üçün etibarlı vədayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edir.
Bu genişmiqyaslı transformasiya nəticəsində BSC mövcudəməliyyatlarını müasirləşdirməklə yanaşı, gələcəyin rəqəmsal sənayestandartlarına uyğunlaşan regional lider kimi mövqeyini daha damöhkəmləndirərək texnologiyanı strateji dəyər kimiprioritetləşdirməyə davam edir.