“Korintias”ın hücumçusu Memfis Depay yenidən Avropaya qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçuya “Fənərbaxça” rəsmi təklif göndərilib və klub artıq danışıqlara başlayıb. Lakin niderlandlı forvard qərar verməyə tələsmir.
Onunla yanaşı, Səudiyyə Ərəbistanından “Əl-Əhli” və “Əl-Şabab”, həmçinin BƏƏ təmsilçisi “Əl-Vasl” da Depayı heyətinə qatmaq istəyir.
Depay karyerası ərzində PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko” klublarında çıxış edib.