AZ

AK Rusiyaya qarşı 20 ci sanksiya paketi ilə bağlı problemlər barədə şərh verməyib

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa Komissiyası (AK) Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbul edilməsi ilə bağlı problemlər barədə şərh vermir, lakin onu 24 fevrala qədər qəbul etmək üçün səylərini davam etdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Ənvər Əl-Anuni Brüsseldə keçirilən brifinqdə bildirib.

20-ci sanksiya paketinin qəbul edilməsinin gecikməsi və bununla bağlı Avropa İttifaqı (Aİ) ölkələri arasında yaranan fikir ayrılıqları ilə bağlı suala cavab olaraq o, deyib: "Biz Rusiyaya maksimum təzyiq göstərmək üçün çalışırıq. Aİ ölkələri bu məsələ üzərində işləməyə davam edir və Avropa Komissiyası 24 fevrala qədər 20-ci paketi qəbul etməyə hazırdır".

Aİ Daimi Nümayəndələr Komitəsinin gündəliyinə əsasən, 20-ci sanksiya paketi son iki həftə ərzində hər iclasda müzakirə olunub və növbəti dəfə 18 və 20 fevralda səfirlər səviyyəsində, 23 fevralda isə Brüsseldə Aİ xarici işlər nazirlərinin iclasında müzakirə olunacaq. Əgər Avropa Komissiyası onu 24 fevrala qədər qəbul etmək istəyirsə, bu, son tarix olacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
icma.az

1Mənbələr