AZ

Braziliyalı qadın futbolçu İslamı qəbul edib

"Əl-Nəsr"in qadınlardan ibarət futbol komandasında oynayan braziliyalı futbolçu Kathellen Sousa İslam dinini qəbul edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun sosial media hesabında paylaşılıb. Paylaşımda bunlar qeyd olunub:

 “Kathellen Sousanın İslamı qucaqladığı bu xüsusi anı paylaşırıq və onun qəlbinin sükunət və rahatlıqla dolmasını arzulayırıq.”

Klubun binasında keçirilən mərasimdə komanda yoldaşları ilə birlikdə dinini dəyişməsini qeyd edən Sousa deyib: “Burada məqsədim yalnız doğru yolu tapmaq və ola biləcəyim ən yaxşı insan olmaqdır.”

Seçilən
113
90deqiqe.az

1Mənbələr