Babək Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elçin Hüseynəliyevə yeni vəzifə verilib.
"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, o, “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” MMM-yə rəis əvəzi təyin edilib.
Bu barədə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov əmr imzalayıb.
Elçin Hüseynəliyev 2005-2016-ci illər ərzində Babək Rayon İcra Hakimiyyətinin başçısı olub. O, uzun müddət “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb.
Telegram kanalımız