AZ

Oruc tutan qadınların NƏZƏRİNƏ: Makiyaj etmək olarmı? KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda 11 ayın sultanı olan Ramazan ayı başlayır. Bu ayda tutulan orucla bağlı qadınların makiyaj və üz baxımı məsələsi də diqqət mərkəzindədir.

Bəs, oruc tutarkən qadının makiyaj, üz baxımı etməsi günahdır?

İlahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında bildirib ki, oruc zamanı qadınların makiyaj, üz baxımı və digər kosmetik vasitələrdən istifadəsi günah deyil və orucu pozmur.

“Aktyor və aktrisaların səhnəyə çıxarkən istifadə etdikləri qrim vasitələri də oruca təsir etmir. Oruc zamanı günah sayılan hər hansı digər işlər isə, digər vaxtlarda olduğu kimi, eyni mahiyyətdə qalır”.

Tural İrfan əlavə edib ki, dərinin qidalandırılması və xarici baxım məqsədilə istifadə olunan vasitələr oruca xələl gətirmir

“Dəri altına tətbiq olunan gel və digər vasitələr də əgər qidalandırıcı xüsusiyyət daşımırsa, orucu pozmur. Saç üçün qidalandırıcı şampun və yağlardan da oruc zamanı istifadə etmək olar. Əgər istifadə olunan vasitə aclığı və susuzluğu aradan qaldırmırsa, oruca təsir etmir.”

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
1
konkret.az

2Mənbələr