AZ

İrandan gözlənilməz gediş

İran Hərbi Dəniz Qüvvələri Fars körfəzində yerləşən strateji əhəmiyyətli Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi dəniz təlimləri zamanı təhlükəsizliyin təmin edilməsi və naviqasiya qaydalarına riayət olunması məqsədilə boğazın bir hissəsi bir neçə saatlığa bağlanacaq.

Təlimlər müddətində təhdidlərə qarşı hərbi cavab ssenariləri tətbiq ediləcək.

Seçilən
36
publika.az

1Mənbələr