AZ

Çində turistləri daşıyan qayıq batıb: ölən və yaralananlar var

Pekin, 17 fevral, AZƏRTAC

Çinin cənub-qərbindəki Yunnan əyalətində turistləri daşıyan qayığın batması nəticəsində ən azı 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, hadisə Çusion şəhərindəki kurortun ərazisində yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 12:30) baş verib. Xilasedicilər xəsarət alan 4 nəfəri xəstəxanaya çatdırıb. Sonradan onlardan ikisinin öldüyü açıqlanıb.

Hadisənin səbəbləri açıqlanmayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
45
1
azertag.az

2Mənbələr