AZ

Bakıda yanğın baş verib, xəsarət alan varVİDEO

Bakıda üçotaqlı mənzildə yanğın nəticəsində bir neçə ev yanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında paytaxtın Səbail rayonunda baş verib.

Qəfil baş verən yanğında bir nəfər xəsarət alıb.

Əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən çağırış ünvanına beş təcili tibbi yardım briqadasının cəlb olunub. Bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə aparılan 63 yaşlı xanım da ilkin müdaxilədən sonra hadisə yerinə qayıdıb:

Hadisə baş verən zaman sakinlərin bir çoxu işdə olub.

Bu yaşayış binası 1889-cu ildə inşa olunub. Olduqca köhnə olan tikilidə arakəsmələrin taxta olması operativ müdaxiləni çətinləşdirib.

Qeyd edək ki, binada yanğının tam söndürüldüyü bildirilib. Yanğının hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
51
xezerxeber.az

1Mənbələr