AZ

"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu

style='margin-bottom:10px;'>

"Qarabağ" qeyri-adi, həmçinin güclü komandadır".

QOL.az xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun isveçli futbolçusu Entoni Elanqa UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncəki mətbuat konfransında deyib.

Gənc oyunçu Ağdam təmsilçisinin potensialına bələd olduğunu və rəqibin güclü ambisiyalarından xəbərdar olduqlarını bildirib:

"Qarabağ" qeyri-adi, həmçinin güclü komandadır. Klubun "24-lük"də olması məni təəccübləndirmədi. Potensiallarını bilirik. Onların "Kopenhagen" və "Çelsi" ilə oyunları mənim diqqətimi cəlb etmişdi. Bilirik ki, asan olmayaca. Çempionlar Liqasında olan istənilən komandanın zəif olmadığını hesab edirəm. 

Elanqa komandasının hazırlıq səviyyəsindən və hədəflərindən də söz açıb:

"Bizim də komandamız güclüdür, komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq və sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. Çalışacağıq ki, bu səddi aşaq və bacardığımız qədər irəli gedək".

Seçilən
48
teleqraf.com

1Mənbələr