AZ

Düşünürəm ki, Qarabağ zəif komanda deyil Eddi Hau

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Qarabağ" zəif komanda deyil.

Fanat.Az xəbər verir ki, bunu "Nyukasl" klubunun baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Zədəli futbolçularımız sıraya qayıtmaqdadırlar. Bakıya yüksək əhval ruhiyyə ilə gəlmişik. "Qarabağ"ı yaxşı təhlil etmişik. Oların "Liverpul" və "Çelsi komandalarına qarşı görüşlərini izləmişik. Son oyunlardakı yüksək nəticələrimizin davamını Bakıda davam etdirmək istəyirik".

Baş məşqçi "Qarabağ"ın yaxşı oyun tərzinə malik olduğunu söyləyib:

"Onların çox yaxşı oyun tərzi var. "Qarabağ"ı ingilis klubları ilə müqayisə etmək çox çətindir. Düşünürəm ki, "Qarabağ" zəif komanda deyil".

E.Hau Ağdam təmsilçisinin heyətində xüsusi fərqləndirə biləcəyi futbolçuların olmadığını vurğulayıb:

"Bu barədə nəsə demək çətindir. Biz öz oyunumuzu oynayacağıq. Düşünürəm ki, istədiyimiz nəticəni qazana biləcəyik".

O, Qurban Qurbanovun hörmətə layiq baş məşqçi olduğunu düşünür:

"Bir mütəxəssis əgər baş məşqçi kimi eyni komandada 17 il çalışırsa, demək böyük hörmətə layiqdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana gəlir. Düzdür, onun barəsində dərindən maraqlanmamışam. Lakin müəyyən məlumatlara sahibəm".

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
6
fanat.az

10Mənbələr