AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Albaniya Respublikasında səfərdədir.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb.

Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.

Tərəflər mədəni əlaqələrin möhkəmləndirilməsini müzakirə edərək, incəsənətin birgə yaradıcılıq üçün universal vasitə kimi rolunu qeyd ediblər.

Söhbət zamanı Leyla Əliyeva və Edi Rama ekoloji məsələlərə xüsusi diqqət ayıraraq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.

  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
Seçilən
23
42
day.az

10Mənbələr