AZ

ABŞ daha 3 gəmiyə zərbə endirdi

ABŞ çərşənbə axşamı narkotik alverçilərinə məxsus gəmilərə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığı məlumat yayıb.

Vaşinqtondakı rəsmi şəxslərin bildirdiyinə görə, Sakit okeanda həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçı olduğu ehtimal edilən 11 nəfər həlak olub.

Əməliyyatın komandanlığını general Frensis Donovan öz üzərinə götürüb və o, terror təşkilatları tərəfindən idarə olunan üç gəmiyə zərbə endirmək üçün "Southern Spear" operativ qrupuna əmr verib. Amerika kəşfiyyatının təsdiqlədiyi kimi, gəmilər narkotik alverçiləri üçün məlum olan marşrutlarla hərəkət edirmiş. Zərbələr nəticəsində 11 narkoterrorçu zərərsizləşdirilib.

Əməliyyat zamanı amerikalı hərbçilər arasında xəsarət alan olmayıb.

Seçilən
16
publika.az

1Mənbələr