ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəhim Həsənov "Qəbələ"nin ləğv olunan qolundan danışdı - Video
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, "İmişli" - "Qarabağ", "Zirə" - "Karvan-Yevlax", "Kəpəz" - "Neftçi", "Araz-Naxçıvan" - "Sumqayıt", "Şamaxı" - "Turan Tovuz", "Qəbələ" - "Sabah" olmaqla ümumilikdə 6 matçda qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis "Qəbələ" - "Sabah" matçında mübahisəli epizodla bağlı baş hakim Rauf Cabarovun doğru qərar qəbul etdiyini təsdiqləyib.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.