AZ

Deniz Çakır 45 yaşında vəfat edən qrup yoldaşı ilə fotolarını paylaşdı

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məşhur aktrisa Deniz Çakır sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, aktrisa instaqramda vəfat edən dostu Kanbolat Görkem Arslanla arxiv fotolarını paylaşıb.

Onun yayımladığı şəkillər illər əvvəl Ali təhsil aldığı universitetdə lentə alınıb. Deniz 45 yaşlı qrup yoldaşı Görkem Arslanla çəkilən əyləncəli fotolarını paylaşaraq onu yenidən anıb.

Aktrisanın bu paylaşımı ilzəyicilərinə duyğu dolu anlar yaşadıb.

Xatırladaq ki, 45 yaşlı Görkem Arslan fevralın 11-də dünyasını dəyişib. Evdə halı pisləşən aktyor xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Aktyor sonuncu dəfə "Kudüs Fatihi Selahaddin Eyyubi" serialında rol alıb.

Görkem Arslan "Çemberimde gül oya", "Poyraz Karayel", "Bir Deli Rüzgar", "Yer Gök Aşk", "Ezel", "Hayat Bazen Tatlıdır", "Kuruluş Osman" kimi seriallarda da çəkilib.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
1
baku.ws

2Mənbələr