AZ

Bill Epşteynin təyyarəsindən istifadə edib Klinton

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Almaniyanın "Der Şpigel" jurnalına verdiyi müsahibədə əri Bill Klintonun amerikalı maliyyəçi Ceffri Epşteynin yaxın dostu olmadığını bildirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, Bill Klintonun xeyriyyə layihələrinə baş çəkmək üçün Epşteynin təyyarəsindən bir neçə dəfə istifadə etdiyini deyib:

"Bu, Epşteynin məhkum edilməsindən illər əvvəl baş verib. Epşteynin sənədlərində çox məşhur olanlar da daxil olmaqla, minlərlə insandan bəhs olunur, lakin bu, onların günahkar olduğunu deməyə əsas vermir".

Qeyd edək ki, yanvar ayında Klintonların "Epşteyn işi" üzrə dindiriləcəyi bildirilirdi. İş üzrə sənədlərdə Klintonun adı bir neçə dəfə xatırlanıb və keçmiş prezidentlə qalmaqallı maliyyəçinin birgə şəkilləri də dərc edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
axar.az

3Mənbələr