AZ

Klub stadionda ayaqüstü sektor yaradır

style='margin-bottom:10px;'>

“Arsenal” klubu növbəti mövsümdən etibarən “Emireyts” stadionunda ayaqüstü sektorun yaradılacağını elan edib.

QOL.az "Evening Standard" nəşrinə istinadən xəbər verir ki, "topçular" qapıarxası tribunanın aşağı yarusunda xüsusi zona ayıracaq. Müvafiq qərar azarkeşlərlə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.

İlkin mərhələdə stadionda 6850 ayaqüstü yer quraşdırılacaq. 2027/28 mövsümündən etibarən isə qarşı tribunada daha 6650 belə yerin əlavə edilməsi planlaşdırılır. "Emireyts"in ümumi azarkeş tutumu dəyişməz qalsa da, klub oturaq və ayaqüstü sektorlar arasında keçidi qadağan edəcək.

Bununla yanaşı, "Arsenal" ardıcıl beşinci ildir ki, bilet qiymətlərinin artırıldığını açıqlayıb. Bahalaşma orta hesabla 3.9 faiz təşkil edəcək və mövsümi abunəliklərə də şamil olunacaq.

Qeyd edək ki, "Arsenal" 2023/24 mövsümündə bilet satışından 127 milyon funt sterlinq gəlir əldə edib. Bu göstəricidə London təmsilçisi yalnız "Real" (153 milyon funt sterlinq) və PSJ-dən (139 milyon funt sterlinq) geri qalır.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr