Macarıstan və Slovakiya ABŞ-nin Avropa qitəsində yeni əsas müttəfiqləri kimi ortaya çıxır, Almaniya və Fransa ilə münasibətlərdə soyuqluq isə davam edir.
AZƏRTAC xəbər verir ki, “NBC” telekanalının məlumatına görə, analitiklər ABŞ Dövlət katibi Marko Rubionun Münxen Təhlükəsizlik Konfransında son çıxışı zamanı Vaşinqtonun Avropadakı müttəfiqləri haqqında xoş sözlər söyləməsinə baxmayaraq, Birləşmiş Ştatların onlarla qarşı münasibəti yenə də “soyuq” olaraq qalır.
Onların fikrincə, Marko Rubionun konfransdan sonrakı hərəkətləri Donald Tramp administrasiyasının Avropada kimi əsl müttəfiq hesab etdiyinə dair açıq siqnal kimi qəbul edilə bilər. Belə ki, ABŞ Dövlət katibi Münxendən birbaşa Bratislavaya uçub və orada Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşüb, daha sonra Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlar aparmaq üçün Budapeştə gedib.
Telekanalın məlumatına görə, Macarıstan və Slovakiyanın Qərbdə mövcud olan bir çox liberal dəyərləri rədd edən, sərt immiqrasiya siyasəti yürüdən, həmçinin ABŞ Prezidenti və Respublikaçılar Partiyası ilə əlaqəli MAGA (Amerikanı yenidən böyük et) hərəkatının ideyalarına rəğbət bəsləyən xristian dövlətləri kimi hazırkı Vaşinqton administrasiyasını cəlb edir.