AZ

Zelenski: Rusiyadan iki min ukraynalı uşağın vətənə qaytarılmasına nail olmuşuq

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın nəzarətində olan ukraynalı uşaqların ölkəyə qaytarılması istiqamətində mühüm nəticə əldə edilib. Artıq 2 min azyaşlı ukraynalının vətənə qaytarılmasına nail olmuşuq.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” səhifəsində bildirib.

“Bu gün mühüm nəticə əldə etmişik, belə ki, “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində Rusiyanın nəzarətində olan ərazilərdən evlərinə qaytarılan ukraynalı uşaqların sayı 2 minə çatıb”, - deyə o yazıb.

Onun sözlərinə görə, hər bir uşağın geri qaytarılması gündəlik aparılan fəaliyyət nəticəsində mümkün olub və bu prosesdə, xüsusilə, ictimai təşkilatlar və beynəlxalq tərəfdaşlar iştirak ediblər.

Zelenski ukraynalı uşaqların gələcəyi uğrunda mübarizəyə qoşulan hər kəsə təşəkkürünü bildirib.

Seçilən
94
8
hafta.az

10Mənbələr