Hacıqabulda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, KİA markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində birincinin sürücüsü, Hacıqabul rayonunun Navahı kənd sakini, 1999-cu il təvəllüdlü Zülfüqarov Ağaşirin Həmzə oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.