ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bavariya" futbol klubunun ingiltərəli hücumçusu Harri Keyn Bundesliqanın 22-ci turunun "Verder"lə oyununda (3:0) dubl edərək, karyerasında 500 qol həddinə çatıb.
Oxu.Az bu barədə Transfermarkt.de saytına istinadən xəbər verir.
Bildirilir ki, bunun üçün ona 743 oyun kifayət edib. Beləliklə, Keyn XXI əsrdə bu qol göstəricisinə nail olma sürətinə əsaslanan "Transfermarkt" reytinqində üçüncü yeri tutub.
Karyerasında 500 qol həddinə çatmaq üçün ən az oyun sayına "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi (632 oyun) malikdir, ikinci yerdə isə "Barselona"nın polşalı futbolçusu Robert Levandovski (730 oyun) qərarlaşıb.
"Ən-Nəsr"in və Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu reytinqin dördüncü pilləsində qərarlaşıb (753 oyun).
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.