ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək. SİA xəbər verir ki, 38 yaşlı hakim Finlandiyada yerli "KuPS" və Polşanın "Lex" komandaları arasında keçiriləcək matça təyinat alıb.
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR-da ingiltərəli Stuart Attvell, AVAR-da Nicat İsmayıllı əyləşəcək.
Qeyd edək ki, qarşılaşma fevralın 19-u Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Mətləb
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.