AZ

Xamenei azərbaycanlılarla görüşdəTRAMPI HƏDƏLƏDİ

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə sərt reaksiya verib.

 

İran KİV-i xəbər verir ki, Xamenei bu reaksiyanı Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Şərqi Azərbaycan əyalətindən olan insanlarla - azərbaycanlılarla görüşdə göstərib.

 

Xamenei bugün keçirilən həmin görüşdə İran xalqına da müraciət edib.

 

ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə cavab verən Ayətullah Xamenei deyib: "ABŞ Prezidenti daim ordusunu "dünyanın ən güclü ordusu" kimi təsvir edir, lakin hətta bu güc belə gözlənilməz məğlubiyyətlərlə üzləşə bilər. O, İrana gəmilər göndərməklə öyünür. Gəmi təhlükəli bir vasitədir, amma gəmidən daha təhlükəlisi onu dənizin dibinə batıra bilən silahdır".

 

Xamenei daha sonra əlavə edib: "Son çıxışlarından birində ABŞ Prezidenti etiraf etdi ki, ölkəsi İslam Respublikasını 47 ildir məhv edə bilməyib. Bu, yaxşı bir etirafdır. Demək istədiyim odur ki, siz də bunu edə bilməzsiniz".

 

Ali lider İranda baş verən son hadisələrə toxunaraq deyib: "Qan töküldü. Hamımız yas içindəyik".

 

Xamenei son hadisələrdə həyatını itirənləri üç kateqoriyaya böldü. O, təhlükəsizlik qüvvələrinin həlak olan  əməkdaşlarını "seçilən şəhidlər" adlandırıb. Eyni zamanda hadisələr zamanı həlak olan günahsız mülki şəxsləri şəhid hesab etdiyini bildirib.

 

O, həmçinin təhrikçilər tərəfindən yoldan çıxarılan, lakin sonradan tövbə edənləri "bizim övladlarımız" adlandırıb və onlar üçün bağışlanma diləyib. Lakin iğtişaşların başçılarını və düşməndən dəstək alanları bu kateqoriyadan kənarlaşdırıb.

 

Modern.az xatırladır ki, Seyid Əli Xamenei bu fikirləri hazırda Avropada keçirilən İran-ABŞ danışıqları fonunda səsləndirib.

 

Seçilən
34
senzor.az

1Mənbələr