AZ

Vitkoff: Ukrayna üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, o, Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk gününün yekununda bu barədə "X" platformasında paylaşım edib.

Vitkoff bildirib ki, ABŞ Ukrayna və Rusiya arasında üçtərəfli danışıqlarda moderator rolunda çıxış edib. Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyasının əsas uğurlarından biri münaqişə tərəflərini eyni masa arxasında toplamaq olub ki, bu da “ciddi irəliləyişə” səbəb verib.

“Hər iki tərəf əldə olunan nəticələr barədə öz liderlərinə məlumat vermək və razılaşma əldə olunması məqsədilə işi davam etdirmək barədə razılığa gəlib”, – deyə o vurğulayıb.

Daha əvvəl Rusiya nümayəndə heyətindəki mənbə mətbuata bildirib ki, Cenevrədə keçirilən üçtərəfli danışıqların iştirakçıları təmasları çərşənbə günü davam etdirmək barədə razılığa gəliblər. Mənbənin sözlərinə görə, altı saat davam edən ilk gün kifayət qədər gərgin keçib.

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar çərşənbə axşamı Cenevrədə başlayıb.

Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MMTŞ) katibi Rüstəm Umerov, Rusiya nümayəndə heyətinə isə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
icma.az

1Mənbələr