AZ

ABŞ İrana qarşı 600 “Tomahawk” HAZIRLADI: Yaxın Şərqdə nəhəng HƏRBİ GÜC

ABŞ Hərbi Dəniz Qüvvələrinin üçdə birini Yaxın Şərqə cəmləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ İranla aparılan çətin danışıqlar fonunda öz Hərbi Dəniz Qüvvələrinin (HDQ) üçdə birini Yaxın Şərq regionuna yönəldib.

Hazırda bölgədə fəaliyyət göstərən “USS Abraham Lincoln” aviadaşıyıcı qrupuna “USS Gerald R. Ford” gəmisi də qoşulub.

Bildirilir ki, eskadra minadaşıyanlarının və sualtı qayıqların ümumi yaylım atəşi gücü 600 “Tomahawk” raketinə çatır.

Hərbi güclənmə yalnız dəniz qüvvələri ilə məhdudlaşmır.

Regionda 50-dən çox müasir “F-35”, “F-22” və “F-16” qırıcıları, həmçinin uzunmüddətli əməliyyatları təmin etmək üçün havada yanacaqdolduran təyyarələr yerləşdirilib.

Cenevrədə tərəflər arasında keçirilən görüş tərəflər arasında dərin uçurumun olduğunu göstərib.

İran uranın 60%-ə qədər zənginləşdirilməsini yalnız sanksiyaların real olaraq ləğvi müqabilində müzakirə etməyə hazır olduğunu bildirir və uranın sıfır səviyyədə zənginləşdirilməsi tələbini rədd edir.

ABŞ isə gündəliyin genişləndirilməsini, bura İranın raket proqramının və regional proksilərə (vasitəçi qüvvələr) dəstəyinin daxil edilməsini tələb edir.

Vaşinqton hesab edir ki, hərbi gücün cəmləşdirilməsi Tehranı güzəştə getməyə məcbur edəcək.

Donald Tramp artıq xəbərdarlıq edib ki, diplomatiya uğursuzluğa düçar olarsa, “ikinci faza” — son dərəcə sərt tədbirlər dövrü başlayacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
71
1
interpress.az

2Mənbələr