AZ

Tramp Ramazan ayı münasibəti ilə müsəlmanları təbrik etdi

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ramazan ayının "bir çox amerikalı üçün müqəddəs bir vaxt" olduğunu bildirərək, bu dövrün şəfqət və təvazökarlıq kimi ortaq dəyərləri gücləndirdiyini əlavə etdi.

Turkustan.az xəbər verir ki, Ağ Evin saytında dərc olunmuş mesajda Tramp Ramazan bayramı münasibətilə Amerika müsəlmanlarına müraciət edib.

Ramazan ayının mənəvi yenilənmə və düşüncə ayı olduğuna diqqət çəkən Tramp mesajında ​​aşağıdakı ifadələri də yer alıb:"Ramazan ayı Allahın saysız-hesabsız nemətlərinə görə minnətdarlıq bildirmək üçün müqəddəs bir vaxtdır. Bir çox amerikalı üçün bu müqəddəs vaxt dua və orucu vurğulayır, ailə və icma bağlarını möhkəmləndirir və şəfqət, xeyirxahlıq, mərhəmət və təvazökarlıq kimi ortaq dəyərlərimizi bir daha təsdiqləyir."Tramp bildirib ki, "Allah tərəfindən verilən sərbəst ibadət hüququ" ABŞ millətinin müəyyənedici xüsusiyyəti və ölkənin çiçəklənməsi və gücünün əsas elementidir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
icma.az

2Mənbələr