AZ

Rusiyanın dağıtdığı Odessa – FOTO

Rusiya-Ukrayna müharibəsində ən çox ziyan görən şəhərlərdən biri də Odessadır.

Bizim.Media xəbər verir ki, Ukraynanın bu şəhəri və onun vilayəti son aylar demək olar ki, hər gün kütləvi hava hücumlarına məruz qalır. Ən çox zərər çəkən, həlak olan və xəsarət alanlar isə dinc sakinlərdir.

Şəhərə dəfələrlə ballistik və qanadlı raketlərlə, zərbə dronları ilə zərbə endirilib. Nəticədə dağıdılan mülki obyektlərin sayı çoxalıb. Hərbi obyektlərin olmadığı yaşayış məntəqələri belə dron və raket hücumlarına məruz qalıb.
 

Bu günlərdə endirilən hava zərbəsi nəticəsində şəhərin mərkəzi hissəsində yerləşən “Çeryomuşki” bazarının böyük bir hissəsi tamamilə dağılıb. Hazırda bazar dağıntıların əmələ gətirdiyi tullantılardan təmizlənir. Kiçik sahibkarlar və işsiz qalan satıcılar hərbi və strateji obyekt hesab olunmayan bazarın bombalanmasını ədalətsiz hesab edirlər.


Odessa şəhərinə edilən hava hücumları zamanı əsas hədəflərdən biri də enerji infrastrukturu olub. Bir neçə gün öncə endirilən hava zərbəsi nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb. Energetiklər bu infrastrukturun bərpası üçün gecə-gündüz işləyirlər.

Ötən ilin oktyabrından indiyədək Odessa şəhəri və vilayəti sıradan çıxan enerji obyektlərinin sayına görə digər bölgələrdən fərqlənir. (Azərtac)














Bizim.Media

Seçilən
96
bizim.media

1Mənbələr