AZ

I Liqa: "Səbail" də səfər matçına çıxır, "Baku Sportinq" də

Azərbaycan I Liqasında XV tur başlayır.

Fanat.Az xəbər verir ki. tur çərçivəsində bu gün iki oyun keçiriləcək.

"Cəbrayıl" Şamaxıda "Baku Sportinq"i, MOİK isə Binədə "Səbail"i sınağa çəkəcək. Hər iki görüş 14:30-da başlayacaq.

Qeyd edək ki, “Şəfa” – “Mingəçevir”, “Zaqatala” – “Difai” və “Şimal” – “Şahdağ Qusar” görüşləri sabah baş tutacaq.

Azərbaycan I Liqası
XV tur
18 fevral  

14:30. “Cəbrayıl” – “Baku Sportinq” 
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

14:30. MOİK – “Səbail”
Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə. Qəsəbə stadionu.

Seçilən
14
fanat.az

1Mənbələr