AZ

Amerika şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəaliyyətlərini genişləndirməyə hazırdır (ÖZƏL)

Bakı. Trend:

Amerika şirkətləri Azərbaycanın dəstəklənməsi məqsədilə neft-qazsektorunda öz rollarını genişləndirmək imkanlarını araşdırmağadavam edirlər

Bunu Trend-əverdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerji vəişgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.

“Biz anlayırıq ki, Azərbaycanın neft-qaz sektoru artıq işlənmişXəzər yataqlarında hasilatın maksimuma çatdırılmasına, eləcə dədaxili istehlak və ixrac üçün quruda və şelfdə yeni neft və qazmənbələrinin axtarışı və işlənməsinə yönəlib. Bu imkanlara 2025-ciildə "ExxonMobil" ilə SOCAR arasında qeyri-ənənəvi qurudakıneft-qaz ehtiyatlarının tədqiqi, işlənməsi və hasilatı üzrəimzalanmış Anlaşma Memorandumu daxildir. Həmçinin ixrac neft və qazkəmərlərinin ötürücülük qabiliyyətinin artırılması variantlarınəzərdən keçirilir. Amerika şirkətləri bu layihələrdə Azərbaycanındəstəklənməsi məqsədilə artıq əhəmiyyətli olan neft-qazfəaliyyətlərində öz rollarını genişləndirmək imkanlarınıaraşdırmaqda davam edirlər”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə AmerikaBirləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqındaXartiyanın mətnində Azərbaycanın regionun enerji təhlükəsizliyinintəmin olunmasında strateji rol oynadığı bildirilir.

“Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimiAzərbaycan Respublikasının strateji əhəmiyyətini nəzərə alaraq,Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları neft, qaz vəelektroenergetika sektorları da daxil olmaqla enerji əməkdaşlığınıgenişləndirmək niyyətindədirlər”, - deyə sənəddə qeyd olunur.

Tərəflər interkonnektorlar üzrə birgə layihələrin həyatakeçirilməsini, tədarük marşrutlarının şaxələndirilməsini və mülkinüvə energetikası sahəsində əməkdaşlığın dərinləşdirilməsiniplanlaşdırırlar.

Seçilən
40
2
az.trend.az

3Mənbələr