Rusiyada axşam vaxtı mənzil təmizləyənlər cərimə olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Hüquqşünaslar xəbərdarlıq edirlər ki, axşam saatlarında mənzildə təmizlik işləri aparmaq və səs-küy salmaq vətəndaşlara baha başa gələ bilər.
Qanunvericiliyə görə, səs-küy qaydalarını pozan şəxslər 5 000 rubla (təxminən 111 manat) qədər inzibati cərimə oluna bilərlər.
Rusiyanın müxtəlif regionları “sükut rejimi”nin qüvvədə olduğu vaxt intervallarını müstəqil şəkildə müəyyən edir.
Məsələn, Kaluqa vilayətində saat 23:00-dan 07:00-dək, Omsk vilayətində saat 22:00-dan 08:00-dək (həmçinin saat 13:00-dan 14:00-dək olan “sakitlik saatı”), Altay Respublikasında isə saat 22:00-dan 06:00-dək səs-küy salmaq, o cümlədən yüksək səslə təmizlik işləri görmək qadağandır.
Mütəxəssislər qeyd edirlər ki, qonşuların şikayəti əsasında bu qaydaları pozan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar.
Xuraman Etibarlı
İnterpress.az